Azərbaycanda süni intellektin müxtəlif sahələrə təsiri araşdırılacaq

162

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sahələrinə təsiri ilə bağlı tədqiqatlar aparılacaq.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, bu il görüləcək işlər sırasına intellektual elektron dövlətin formalaşması və inkişafı problemləri üzrə araşdırmalar da daxildir.

Bildirilib ki, həmçinin sahələr üzrə e-reyestrlərdə toplanan demoqrafik verilənlərin, interaktiv məlumatların təhlili (OLAP – Online Analytical Processing) texnologiyası əsasında demoqrafik proseslərin intellektual analizi üçün modelin, elektron mühitdə demokratik proseslərin qeyri-səlis təkmil modellərinin də işlənməsi nəzərdə tutulur.

Hüseyn Vəliyev