Azərbaycanda daha 2 məktəb koronavirusa görə bağlandı

30

Ağdaşda daha iki orta məktəb distant təhsilə cəlb olunub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhər S.Vurgun adına 1 saylı tam orta məktəb və şəhər 5 saylı tam orta məktəbdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib.

Məlumata görə, hər iki məktəbdə 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər iki məktəbin girişi və daxilində bütün otaqlar, idman zalı dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 40 şagirddə, 10 müəllimdə COVID-19 virusu aşkar edilmişdi.