Azərbaycan Xankəndinə nəzarəti ələ keçirəcək – Türkiyəli hərbi ekspertdən AÇIQLAMA – ÖZƏL

114

“Qarabağ Zəfərindən sonrakı müddət Azərbaycan baxımından həm siyasi, həm diplomatik, həm də beynəlxalq hüquq mübarizəsi prosesi kimi dəyərləndirilməlidir”

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, mübarizə həbi müstəvidən çıxıb siyasi, beynəlxalq hüquq və diplomatik bir mübarizə mərhələsinə keçib:
“Bundan sonrakı mərhələdə Azərbaycan siyasi, diplomatik və beynəlxalq hüquq cəhətdən mübarizəsini aparmalıdır. Lazım olacaqsa, bu mübarizə hərbi əməliyyat və yaxud da antiterror əməliyyatlarına da dönə bilər. 10 Noyabr Bəyanatının maddələri çox aydındır.

Bəyanatın maddələrini kimlərsə pozmağa cəhd edə bilərmi? Bəli, kimlərsə bu maddələri təhrif etmək istəyə bilər. Bu, Rusiya da ola bilər, Rusiyanın içərisində bir qrup da ola bilər, Ermənistan da ola bilər və ya Ermənistanın arxasında dayanan bəzi ölkələr də ola bilər. Yəni, Bəyanatın maddələri bəzi təhriflərlə qarşı-qarşıya qala bilər.

Buna mane olacaq tək şey Azərbaycan və Türkiyənin ortaya qoyacaqları iradədir. Yəni, Türkiyə və Azərbaycan bəyanatın maddələrinə əməl edilməsi məqsədilə lazım olan addımları atdıqları, qətiyyət nümayiş etdirdikləri təqdirdə bu məsələni həll edəcəklər.

Əgər bəyanatın bəndləri yerinə yetirilməzsə, açığı bu işin başqa cür həll variantı meydana çıxa bilər.

Bu aspektdən baxıldıqda deyilməsi lazım olan tək şey, müqavilənin bəndlərinin icrasında ləngimə baş verə bilər, amma bunun qalıcı olması çox böyük bir problem yarada bilər. Çünki nəticədə müharibədən qaynaqlanan çox böyük bir travma var.

Real vəziyyət bu travmaya bağlı olaraq və ya Rusiyanın bəzi məsələləri həzm problemi ilə bağlıdır. Amma bu, mübarizənin bitməsi mənasına gəlmir. Yəni Türkiyə və Azərbaycan Qarabağın rus sülhməramlılarının nəzarətində qalan torpaqlarını öz nəzarətlərinə keçirmək üçün mübarizəni davam etdirəcəklər.


Mübarizə həbi müstəvidən çıxıb siyasi, beynəlxalq hüquq və diplomatik bir mübarizə mərhələsinə keçib.

Bu da əslində yenə bir güc mübarizəsidir. Bu mübarizəni də qazanacağıq. Mən Azərbaycanın bu mübarizədən çəkildiyini qətiyyən görmürəm.

Amma savaşın o nöqtədəki həssaslığı belə bir üçtərəfli bəyanatın qəbul edilməsinə zəmin yaratdı.

Yoxsa bu, torpaqlardan əlimizi üzdük mənasına gəlmir”.