Azərbaycan tütün əvəzedicilərinin ixracını kəskin azaltdı

111

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxal-ixrac göstəriciləri açıqlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalının dəyəri 14,4 mln ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mln ABŞ dolları və ya 33,9% çoxdur.

Hesabat dövründə Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalı Azərbaycanın ümumi idxalının 0.9%-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin ixracının dəyəri 288 min ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 mln ABŞ dolları və ya 84% azdır.