Azərbaycan – Serbiya matçında ilk qol vuruldu – YENİLƏNİB

27

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan – Serbiya matçında hesab açılıb.

“Report”un məlumatına görə, 16-cı dəqiqədə qonaqların hücumçusu Aleksandar Mitroviç komandasını önə çıxarıb.

20:00

Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. \\Report