“Azərbaycan Prezidentinə göstərdiyi köməyə görə təşəkkür etdim” – ÜST rəhbəri

72

“Azərbaycan Prezidentilə bu həftə söhbət zamanı həmçinin fürsətdən istifadə edərək COVID-19-a qarşı dünyada cavab tədbirlərinə Azərbaycanın maliyyə dəstəyi üçün, ÜST ilə əməkdaşlığa görə, “VaccinEquity”in müdafiəsinə, Qoşulmama Hərəkatı ölkələri arasında həmrəyliyə göstərdikləri dəstəyə görə təşəkkür etdim”.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus tvitter səhifəsindən bildirib.

“Prezident İlham Əliyevlə “VaccinEquity” barədə çox konstruktiv dialoq apardıq. Öhdəliklərinə görə təşəkkür edərək ÜST-COVAX tərəfdaşlığının qarşıdakı bir neçə gün ərzində Azərbaycana ilk peyvəndi qəbul edərək yerləşdirməsində dəstək verməyə hazır olduğuna dair arxayın etdim. Bir yerdəyik!”, – təşkilat rəhbəri əlavə edib.