Avropa Parlamenti Rusiyanı SWIFT-dən ayırmağı və “Şimal axını-2”-ni dayandırmağı təklif etdi – ŞOK QƏRAR

117
Avropa Parlamenti “Ukraynanın cənub-şərqindəki münaqişənin böyüməsini dayandırmasa” vəziyyətində Rusiyaya təsir edəcək tədbirləri nəzərdə tutan bir qətnamə layihəsi hazırlayıb.

Qətnamə layihəsində Rusiyanı SWIFT ayırmaq və “Şimal axını-2” layihəsini dayandırmaq təklifləri də var.

Qərarda təklif olunan tədbirlər:

  • Rusiyanı SWIFT bank ödəmə sistemindən ayırmaq;
  • “Şimal axını-2” layihəsinin icrasını dayandırmaq;
  • Korrupsiya cinayətlərinə görə sanksiya rejimi tətbiq etmək və bunlara “rus oliqarxlarını” daxil etmək.

Məlumata görə, təklif Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell tərəfindən Avropa Parlamentində çıxışı zaman səsləndirilib. Diplomat bu qərarların verilməsində Rusiyanı günahkar bilib və onun özünü Avropa İttifaqı ilə qarşıdurmanı gücləndirməyə çalışdığını söyləyib və Brüsseli ikitərəfli münasibətlərdə “çətin anlara” hazırlaşmağa çağırıb. \\Ovqat.com