Avropa Komissiyası “AstraZeneca” şirkətini məhkəməyə verdi

78

Hurriyyet.org xəbər verir ki, Avropa Komissiyası “AstraZeneca” şirkətinə qarşı məhkəməyə müraciət edib.

Avropa Komissiyasının nümayəndəsi Stefan De Keersmakerin açıqlamasına görə, şirkət istehsal elədiyi Kovid-19 peyvəndlərinin Avropa İttifaqı ölkələrinə  çatdırılması barəsində müqaviləni pozmaqda ittiham edilir.

Avropa Komissiyasının iddiasına görə, şirkət müqavilənin bəzi şərtlərinə əməl eləmir və vaksinlərin çatdırılması məsələsində etibarlı tərəfdaşlıq etmir.