Avropa İttifaqında NATO çatı: “Biz müstəqil olmalıyıq”

21

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri ötən həftə keçirilən sammitdə ABŞ və NATO ilə münasibətlərin gücləndirilməsini vurğuladıqları halda, İspaniya və Hollandiya sürpriz bir hesabat hazırlayaraq, “müstəqil və avtonom” olmaq istədiklərini bildiriblər.

Ötən həftə ABŞ Prezidenti Cozef Bayden ilə ABŞ Xarici İşlər naziri Entoni Blinken avropalı liderlərlə onlayn görüş zamanı NATO bağlarının gücləndirilməsi, hərbi və strateji münasibətlərin yenidən canlanması məsələsini vurğulayıblar. Buna paralel olaraq, İspaniya ilə Hollandiyanın baş nazirləri ictimaiyyətə açıqlanmayan bir hesabat hazırlayıblar.

Hesabatda Avropanın fərqli şəkildə düşündüyü fikri irəli sürülür. Aİ-nin siyasəti ilə bağlı xəbərlər yayanEuractiv” kanalının məlumatına görə, hesabatda Aİ-nin müstəqil və avtonom davranması, qlobal güc olması və bu şəkildə özünün strateji gündəmini, maraqlarını qoruyacaq və idarə edəcək gücə sahib olduğu vurğulanıb.

Hesabat keçmiş ABŞ Prezidenti D.Trampın dövründə meydana çıxan “NATO-dan asılı olmayan Avropa gücü” fikrinin Aİ daxilində gücləndiyini göstərir.