Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz 3 MEDAL QAZANDI

147

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ukrayna təmsilçisi Dmitri Pışkovla üz-üzə gəlib.

Rəqibini məğlub edən Süleymanov qitə çempionatının bürünc medalına sahib çıxıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc, Taleh Məmmədov (63 kq) isə gümüş medal əldə edib.\\Report

20:49

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

63 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya təmsilçisi Cambolat Lokyayevlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov gümüş medal əldə edib.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.\\Report

20:08

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Fabian Şmittlə (Almaniya) üz-üzə gəlib.

Rəqibini vaxtından əvvəl məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Taleh Məmmədov (63 kq) bu gün finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək. \\Report