ATƏT-in Minsk qrupunun keçmiş həmsədri: “Müharibə qaçılmaz idi, lakin biz özümüzü hiyləgərliyə vurmuşduq”

147

“Hiyləgər üçlük”

“İrəvana və Bakıya çoxsaylı səfərlərim zamanı başa düşdüm ki, tərəflər  kompromisə gələ bilməyəcəklər. Qarabağ müharibəsinin yalnız müharibə ilə həll edilə biləcəyi anladım, amma bu həqiqət heç vaxt ictimaiyyətə açıqlanmadı”.

Ovqat.com xəbər verir ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin veb saytında dərc olunan məqaləsində belə yazıb.

Minsk Qrupunun fəaliyyəti barədə ətraflı məlumat verən məqalədə vurğulanıb ki, əslində bunu bütün vasitəçilər bunu görür, lakin nədənsə boş-boşuna danışıqlar aparılırdı:

“Hər kəs mükəmməl şəkildə bilirdi ki, bu cür münaqişələr danışıqlar masasında həll oluna bilməz və genişmiqyaslı müharibə qaçılmazdır. Fəqət səlahiyyət müddəti ərzində diplomatlar yalnız “sülh yolu ilə həll” deyərəl hiyləgər davranırdılar”.