Hurriyyet.org xəbər verir ki, Fransa Hindistanın 2016-cı ildə 9,2 milyar dolar müqabilində satın aldığı 36 “Rafale” təyyarəsinin 17-ni qarşıdakı mart ayı ərzində təhvil verəcəkdir. İndiyə qədər ölkəyə 11 “Rafale” təyyarəsi gətirilib. Təyyarələrin təhvil-təslim əməliyyatının 2022-ci ilin aprelinə qədər başa çatacağı bildirilir.
Qırıcılar son aylarda gərginliyin artdığı Hindistan-Çin sərhədində yerləşdiriləcək.