Arutyunyan: “Müharibənin necə nəticələnəcəyi məlum idi”

99

Qarabağ müharibəsinin nəticələri mənim üçün hələ 2020-ci ilin oktyabr ayının əvvəlində aydın idi. Bunu Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyan bildirib. Onun sözlərinə görə, Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı konsensusa gələ bilmədilər. Arutyunyan vurğulayıb ki, həmin günlərdə Ermənistanda bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul etdilər.

Ümumiyyətlə, məğlubiyyətin əsas səbəblərindən danışan Arutyunyan hesab edir ki, 1994-cü il may atəşkəsindən sonra Ermənistan və qondarma rejim rəhbərliyi dünya təcrübəsindən lazımi dərslər almadılar.

“Danışıqlarda üstünlük qazanan səlahiyyətlilər o zaman əlverişli qərarlarlar qəbul etmədilər. Başqa bir səhv isə 1992-ci ildə Ağdərə, Xocavənd, Hadrut, Əsgəranın bəzi kəndlərindən çıxan ermənilərin Dağlıq Qarabağda qalması üçün o zamankı hakimiyyətlərin heç nə etməməsidir. Nəticədə 50 mindən çox adam getdi”.

virtualaz.org