Aprelin 6-dan Nyu-Yorkda 16 yaşından yuxarı hər kəsə peyvənd vurulacaq

15

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında 30 yaşdan yuxarı şəxslərin sabahdan, 16 yaşdan böyük şəxslərin isə 6 aprel tarixindən etibarən koronavirus peyvəndi ediləcəyi açıqlanıb.

Nyu-York qubernatoru Endrü Kumo deyib: “Bu gün COVİD-19-a qalib gəlmə mübarizəsində nəhəng addım atırıq”. O, vətəndaşlara peyvənd tədarükünün hələ də məhdud olduğunu xatırladıb, vətəndaşlara peyvənd olunmaq məsələsində səbrli olmağı, növbəyə yazılmadan peyvənd mərkəzlərinə getməmələrini tövsiyə edib.

Nyu-Yorkda indiyə qədər 5,9 milyon nəfərdən artıq adam peyvəndin yalnız birinci dozasını vurdurub. 3,4 milyon nəfərə qədər adam isə artıq ikinci dozanı da vurdurub.

ABŞ ərazisində 93 milyon nəfər birinci dozanı, 51 milyon ikinci dozanı vurdurub –  ümumilikdə, 144 milyon nəfər peyvənd olunub.