Almaniyanın Xarici İşlər naziri Rusiyanı müdafiə etdi: “Baltikyanı ölkələr hiyləgər səs-küyçülərdir”

171

Rusiya ilə dialoq aparmaq və mehriban qonşuluq münasibətləri saxlamaq lazımdır. Qarşıdurma səs-küyünə qoşulmaq bizə lazım deyil”.
 
Almaniyanın Xarici İşlər naziri Hayko Maas son zamanlar Avropa İttifaqında Rusiya ilə bağlı vaxtaşırı müşahidə olunan ziddiyyətləri şərh edərkən belə deyib.

Nazir ARD telekanalına açıqlamasında tez-tez Rusiyaya qarşı sərt tədbirlər tələb edən siyasətçiləri “hiyləgərlər”adlandırıb. O hesab edir ki, Moskva ilə münasibətləri “çox pis”dir, amma belə qalmamalıdırlar. “Nəticə etibarilə heç kəs daimi təxribatlardan nə vaxtsa ciddi münaqişənin yaranmasında maraqlı ola bilməz“, — deyən nazir Maas bildirib ki, bu qarşıdurmalara qoşulmaq Almaniyanın maraqlarına cavab vermir: “Biz Rusiya ilə dialoq və mehriban qonşuluq münasibətləri qurmağa çalışırıq”.

Alman nazir ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırdığı bəyanatını da şərh edib: “Mən belə deməmişəm və bunu demək fikrində deyiləm”.

Qeyd edək ki, Ukrayna böhranı səngiməmiş, ötən həftə Çexiyanın Baş naziri Andrey Babiş Rusiya xüsusi xidmət orqanlarını 2014-cü ildə Vrbetitsa kəndi yaxınlığında döyüş sursatları anbarını partlatmaqda ittiham etmişdi. Bunun ardınca isə Rusiya diplomatlarının persona non grata” elan edib, ölkədən çıxarmışdı. Slovakiya, Litva, Latviya və Estoniya da həmrəylik əlaməti olaraq Rusiya diplomatlarını ölkədən qovmuşdu. Almaniya Xarici İşlər naziri də Aİ-na qoşulan kiçik dövlətlərin bu mövqeyini “hiyləgər səs-küyçülər” adlandırıb. \\Ovqat.com