Almaniyanın ərəb ölkələrinə demokratiya gətirmək cəhdi iflasa uğrayıb – Rəsmi etiraf

48

Almaniyanın ərəb ölkələrini dəstəkləmək cəhdləri iflasa uğrayıb. Berlin “ərəb baharı”ndan sonra bu dövlətlərdə demokratikləşmə prosesinin güclənəcəynə ümid edirdi. Lakin bütün bunlar baş vermədi”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir etiraf Almaniya xarici işlər naziri Hayko Maasın dilindən, onun “EuropaCamp 2021” forumunda etdiiy çıxış zamanı səslənib.

Hayko Maasın sözlərinə görə, 10 il ərzində Almaniya 2010-2011-ci illərdə iri kütləvi aksiyaların keçirildiyi ərəb ölkələrinə 750 milyon avro yardım edib.

“Bu həmin bölgədə demokratikləşməyə yönəlik böyük ümidləri əks etdirirdi. İndi on il keçdikdən sonra biz ayıldıq. Hazıkrı anda isə “ərəb baharı”nın iflas etdiyini söyləmək olar”,-deyə Almaniya rəsmisi bildirib.

Buna rəğmən nazir Maas demokratikləşmə prosesinin uzun illər aldığıını və sürətli dəyişikliklərə köklənməyin yanlış olduğunu vurğulayıb.

Musavat.com