Berlin-Brandenburq aeroportunda İŞİD terror qruplaşmasının üzvü, Almaniya vətəndaşı Ştefani.A. adlı qadın saxlanılıb.
Bu barədə Almaniyanın Baş Prokurorluğu məlumat yayıb.
Sözügedən şəxsin Şlezbiq-Qolşteyn polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Ştefani.A. xarici terror qruplaşmasına üzv olmaqda, valideyn öhdəliklərini pozmaqda və hərbi cinayətlərdə şübhəli bilinir. \\Axar