Alimpaşa Məmmədovu qandallayıb Bakıya gətiriblər

117

Şəmkirdə əməliyyat keçirən DTK yalnız icra başçısı Alimpaşa Məmmədovu qandallayıb Bakıya gətirib.
 
Ovqat.com-a  bu barədə məlumat Şəmkirdəki etibarlı mənbələrdən daxil olub.

Məlumata görə, DTK-nin əməkdaşları icra hakimiyyətinin 20-dən çox əməkdaşını sorğuya cəlb edib. Onların əksəriyyətinin fəaliyyətində ciddi qanunsuzluqlar aşkarlanıb. 200-dən artıq vətəndaş isə şikayətçi qismində ifadə verib. Hələlik, həbs olunan isə 1 nəfərdir – Şəmkir “xanı” Alimpaşa müəllim. Digərlərinin taleyi isə “xan”ın necə ifadə verməsindən asılıdır.