Ağdamda qazıntı zamanı insan qalıqları tapılıb – FOTOLAR

120

Ağdamda qazıntı işləri aparılan zaman insan sümükləri tapılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əhmədağalı kəndi ərazisində kəhriz quyularında təmizləmə işləri aparan işçilər insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkar ediblər.

Hadisə ilə bağlı dərhal ərazi üzrə icra nümayəndəliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.