Ağar PKK ilə İran münasibətlərindən danışdı

249

Hurriyyet.org xəbər verir ki, Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar İranın PKK terror təşkilatını yox eləmək istəmədiyini, ona öz siyasəti baxımından istifadə etmək istədiyi bir terror təşkilatı kimi yanaşdığını bildirib.

“CNN Türk” kanalında efirə gedən verilişdə açıqlama verən hərbi ekspert Abdullah Ağar deyib: “Qəndildə çox adam olmadığını bilirəm, lakin PKK terror təşkilatının varlığı ilə simvollaşmış ərazidir, bir tərəfdən də İran ilə əlaqə saxlayır. Qəndilin üzərindən İran ilə əlaqələrə diqqət eləməliyik. İran üçün PKK yox edilməsi lazım olan təşkilat deyil, öz siyasi tarazlığı daxilində istifadə eləməyi nəzərdə tutduğu təşkilatdır. Biz bu məsələdə İrana təzyiq göstərməliyik. İranın daxilində PKK terror qüvvələri var. Bu qüvvələr Ermənistandakı qüvvələrini dəstəkləyir. İranın indiki mövqeyi bizi çaşdırmasın. İran hələlik oradan istifadə eləmir. Terror dəhlizini əngəllədik, ancaq aşağıda yenidən qurdular. Buna tam son qoymaq üçün Səncar ilə əlaqələrini kəsməliyik”.