Adnan Oktar təşkilatının FƏTÖ ilə əlaqəsi ORTAYA ÇIXDI!

    Hurriyyet.org xəbər verir ki, Adnan Oktarın cinayətkar təşkilatının üzvü olan Ceyda Ertüzünün keçmiş xarici işlər naziri Yaşar Yakışa və bağladılmış “Zaman” qəzeti əməkdaşına 2013-cü il sentyabrın 5-də “Son baharda Türkiyədə gözlənilən qiyamdan əvvəl bu silsilə iclasları keçirməyimiz çox faydalı olacaqdır” şəklində meyl yazdığı meydana çıxıb. Bu elektron məktub vasitəsi ilə təşkilatın 17-25 dekabr çevriliş təşəbbüsündən 3 ay əvvəldən xəbərdar olduğu aşkara çıxıb.

    Hurriyyet.org