Abşeronda YPX avtomobilinin iştiraki ilə 3 maşın toqquşdu, polis əməkdaşı XƏSARƏT ALDI

195
Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.
Hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.
Belə ki, YPX-nə məxsus 99-YP-051 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkətdə olarkən əvvəlcə “Toyoto” və “Opel” markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan “Mercedes” daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb. \\Apa.az