ABŞ və İngiltərə bu ölkədə genişmiqyaslı TƏLİMLƏR KEÇƏCƏK

87

May ayında Estoniyada təşkil olunacaq “Swift Response” beynəlxalq hərbi təlimləri çərçivəsində ABŞ və İngiltərə hərbçilərinin iştirakı ilə xüsusi təyinatlı qüvvələrin genişmiqyaslı təlimləri keçiriləcək.

Təlimlərdə ABŞ və İngiltərədən təxminən 1000, Estoniyanın isə 250 hərbçi iştirak edəcək. Təlimlərə bu ölkələrin aviasiya vasitələri də cəlb olunacaq.

Qeyd edilib ki, Estoniya müdafiə qüvvələrinin bölmələri Nurmsda keçiriləcək əməliyyatlara mayın 6-na qoşulacaqlar. \\Axar