ABŞ və Çin arasında savaş işartıları…

204

Tayvan yeni dünya müharibəsinin qığılcımı ola bilər

Mətbuatda çox da müzakirə olunmayan, lakin gündəmin ən əsas siyasi mövzularından biri İranla Çinin neftlə bağlı pərdəarxası münasibətlərdir. İlk baxışdan onların ümumi cəhətləri yox kimi görünür. Bu tərəfdaşlardan biri – İran inancsızlara radikal baxışlı teokratik rejim, digəri isə yarandığı gündən uğurlu kommunist diktaturasının yeganə nümunəsidir. Ancaq bir az daha dərindən baxsaq, bu iki dövlətin qarşılıqlı maraqlarını uyğunlaşdıran bir neçə nüans var.

Birincisi, ikisi də mütləq diktatordur. Bu isə o deməkdir ki, hakimiyyət qurumları və milli siyasət yuxarıların istəyi ilə dəyişdirilə bilər.

İkinci ümumi cəhət budur ki, hər iki ölkənin ABŞ-la ciddi geosiyasi problemləri var. İran ABŞ-ın atom proqramına görə uzun illərdir tətbiq etdiyi sanksiyalardan əziyyət çəkir. Çin XXI əsri Amerikanı dünyanın hakim super-gücü kimi sıxışdırıb çıxaracağı əsr kimi görür.

Bu iki avtoritar hökumətin dünyagörüşlərinin üst-üstə düşdüyü nöqtə ABŞ-a qarşı olmalarıdır.

Qeyd etmək lazımdır ki, Çinin uğurunu son 75 ildə hər şeyi mümkün qədər ucuz qiymətə almaq istəyən Qərb ölkələri maliyyələşdirilib. Bu 75 il ərzində Çin dünya üçün sənaye mərkəzi halına gəldi və bununla da böyük sərvət topladı. Pandemiya sayəsində strateji vaasitələrin despotik rejimlərə verilməsi gündəmə gəldi, lakin indiki halda qidadan başqa hər nə alsanız Çində istehsal olunur.

Bizi ilk növbədə maraqlandıran mövzu iki diktaturanın ABŞ-ın İranın neft satışlarına tətbiq etdiyi sanksiyaların qarşısını alaraq, hansı səviyyədə ortaq dil tapmasıdır. Bir çox ölkə Amerikanın sanksiyalarından ürkdü və İranla ticarət etməkdən imtina etdi. Bəziləri isə belə etmədi və onların arasında Çin də var. ABŞ-ın təsirini nisbətən azalda bilən nadir ölkələrdən olan Çin limanlarını İran xam neftini daşıyan tankerlərə geniş şəkildə açdı və sanksiyaların gücünü yavaşlatdı. Bu, hər iki ölkə üçün “qazan-qazan” prinsipini bir daha təsdiqlədi.

Ortaq məqsəd ABŞ-ın yolunu kəsmək olanda, bu iki ölkənin tərərfdaşlığının onilliklərlə keçmiş hekayəsinin olduğunu da deməliyik. 1980-ci illərin sonlarında İranın ilk dəfə öz sərhədlərindən kənarda hərbi əzələ nümayişi göstərməyə başladığı vaxtdan bu yana Çin Hörmuz boğazı üzərindəki ABŞ donanmasının hər bir hərəkətini birbaşa təhdid altına qoymaq üçün rejimə qatil gəmi – “Silkworm” raketləri verdi. Onilliklər ərzində Çin tez-tez İranın jeopolitik teatrda pərdəarxası dayağı olub. İndi isə bu iki ölkə İranda Çinin ticari və hərbi varlığına gətirəcək iddialı ortaqlığa başladılar.

“The New York Times”ın yazdığı kimi, 18 səhifəlik təkliflər razılaşmasında Çin əməkdaşlıq çərçivəsində əhatəli şəkildə bankçılıq, telekomunikasiya, limanlar, dəmir yolları və digər onlarla layihədə iştirakını təmin edəcək. Bunun müqabilində Çin növbəti 25 ildə İran neftinin müntəzəm tədarükünü əldə edəcək və bir İran rəsmisinin dediyinə görə, Tehrandan Pekinə böyük endirim də edilib.

Bax, belə. Çin yaxın gələcək üçün İran neftinin davamlı satışını təmin etdi. İndi yaxın bir neçə ildə neft və geosiyasi məkanda ortaya çıxa biləcək bəzi ehtimalları müzakirə edək.

2020-ci ilin yazında iqtisadiyyatını pandemiyanın cəngindən qurtaran Çin yenidən dirçələn tələblərinə cavab vermək üçün neft almağa başladı. Bu, əslində yeni xəbər deyil. Əsl xəbər iki ölkənin İranın ABŞ sanksiyalarından yayınmasına kömək etmək üçün necə əməkdaşlıq etdikləridir. Əgər düzünü desək, bu sanksiyalar saxta İslam ölkəsini nüvə iddialarından vaz keçirməyə məcbur etmək üçün tətbiq olunan sanksiyalar deyil. Niyə?

“Bloomberg”, “World Oil” qəzetinin 11 mart tarixli sayında yer alan məqalədə müəllif Çinin İrandan neft alışı məsələsini əhatəli işıqlandırıb. Sinqapurlu ekspert Kevin Raytın dediyinə görə, Çinin xam İran nefti ixracının martda bir gün ərzində 856 min barrelə çatacaq ki, bu da keçən ayla müqayisədə 129% artım deməkdir. Bu rəqəmlər İrandan gələn neftin mənbəyini gizlətmək və iz itirmək üçün Yaxın Şərq, Sinqapur, Malayziya və İndoneziya sularında üzən gəmilərdən digər gəmilərə ötürülərək daşınan nefti ifadə edir.

Çin 30 mm-dən çox BOPD (1 günlük barrel ehtiyacı) tələbatını ödəmək üçün müxtəlif ökələrdən günlük 12 mm BOPD neft alır. Bu səbəbdən də təlabatını bir sıra təchizatçılar arasında bölüşdürür. İrandan neft almağı xüsusilə cazibədar cəhət o oldu ki, dünyada neft qiymətləri qəfil artanda Tehran daşımalara endirim etdi.

“Blomberg”in məqaləsində qeyd olunurdu ki, İrandan gələn yük daşımalarının qiyməti “Brent” göstəricilərdən hər barrelə görə 3-5 dollar azdır. Pekinin aldığı netfin həcmini nəzərə alsaq görərik ki, bu ucuz qiymət hansı miqdarda real pula çevrilir.

Ancaq bu başgicəlləndirən neft idxalının daha dərin nəticələr var. Çin çox sürətlə inkişaf edən dünyada elə eyni başgicəlləndirici sürətlə neft yığır və bu neft üçün anbarlar inşa edir. Nəhəng neft anbarlarının inşası “Reuters”də müzakirə edilmişdir. ABŞ ilə açıq ikitirəlikdə gedən Çin taktiki şəkildə neft ehtiyatları yaradır. Daha bir qeyri-ənənəvi yanaşma – özəl firmalar 2021-ci ildə Çinin neft ehtiyatı tədarükünü 100 milyon barrel artırmasında aparıcı rol oynayırlar. Çinin iri neft ixracatı qiymətlərin düşdüyü 2020-ci ildə bazarı sabitləşdirməyə kömək etdi. Bu fəaliyyət həm də onlara endirimli qiymətlərlə böyük həcmdə xam neft almaq imkanı verdi.

Çin istifadə etdiyi neftin təxminən 75% -ni idxal etdiyinə görə, neft ehtiyatların anbarlarda toplanması mühüm amildir. Bu tədbir hazırda ABŞ-a qarşı döyüş mövqeyi nəzərə alınsa, xüsusilə doğrudur və bir mənada da ABŞ-a geri çəkilmək üçün şüuraltı mesaj ola biləcək siqnaldır. 2019-cu ildə ABŞ İran neftini daşıyacaq Çinin “Cosco Shipping” əsas tanker şirkətinə sanksiya qoydu. Qəribəsi isə budur ki, Çinlə ticarət danışıqlarından sonra çox keçmədən bu sanksiyalar qismən ləğv edildi. İndi isə Çinin  nəhəng xam neft ehtiyatlarının olması, əgər neftdaşıma xəttləri uzun müddətə qapansa da, onun əlini gücləndirir və Pekin üçün bufer zona yaradır.

Çin Yaxın Şərq və Asiyanın onlarla ölkəsində nüfuzunu yaymaq üçün 2013-cü ildə dünyaya ” Bir Kəmər, Bir Yol” (BRI) adlı iddialı layihəyə başladığını elan etdi. Bu, o vaxt yeni dövlət başçısı olan Si Jinpin vizit kartı idi. indi isə o, “ömürlük prezident” kimi görünür. Çox təmtəraqla tanıdılması baş tutan BRI əsrlər əvvəl Çindən Avropayadək uzanan keçmiş “İpək Yolu” ticarət yollarını xatırladan ritorika ilə təqdim olundu və bu təqdimat Çinin həqiqi strategiyası üçün kamuflyaj rolunu oynadı. Beləliklə bölgələrdə təsiri azalması fonunda dünyada hökm sürən qlobal iqtisadi-hərbi güc kimi arxa plana sıxışdırılan ABŞ-dan geri qalan boşluğu Çin öz ambisiyalarını irəli sürərək doldurmağa başladı. “Council of Foreign Realtions” – qlobal mövzularda “think-tank” yazıları dərc edən düşüncə mərkəzi bu məqalədə, BRI-dən nəsibini almış ölkələr üçün narahatlığını sərgilədi.

Yazıda ABŞ Asiyada BRI güzərgahının keçdiyi ölkələr və regionalar üçün narahatçılığını bildirir və layihənin iqtisadi nüfuzun yanında həm də siyasi olaraq Çinin çətiri altına keçəcəyini, onun bu ölkələr üçün “Troya atı” ola biləcəyindən təlaşını bölüşür.

İrana xüsusi yer ayırmaq öz gücünü iqtisadi və geosiyai spektrdə cəmləyən Çinin qlobal strategiyasına tam uyğundur. Çinin özünün dünya arenasına gəldiyini elan etməsinin, “əzələ göstərməsinin” BMT-nin onun tərəfdaşı olduğu ölkəyə – İrana- tətbiq etdiyi ağır yüklü sanksiyaların qarşısını almaqdan daha yaxşı nümayişi varmı? Sanksiyaları ABŞ tətbiq edir və Çin isə onu durdurur. Artıq sözə ehtiyac varmı?

ABŞ-Çin qarşıdurmasının daha bir fraqmenti- keçən həftə ABŞ və Çin Alyaskada danışıqları hər iki tərəfin çox atəşli ritorikası ilə müşayiət olundu. ABŞ Çinə insan haqları problemləri, yaxın qonşusu Tayvana qarşı aqressiv tərzi və Honq Konqdakı demokratiyaya basqı, Alyaskanın ABŞ hissəsinə kiber hücumlar barədə mühazirə oxumağa gəldi. Çin isə bunu eşitmirdi və bu qınamanı ABŞ-ın İran və Venesuelaya xarici müdaxiləsini qabardaraq, ABŞ-dakı irqçi rəftar səbəbindən Vaşinqtonun demokratiya anlayışının dünyanın gözündən düşdüyünü səsləndirərək öz qınağını qarşı tərəfinin rəsmilərinin üzünə çırpdı. Bu danışıqlar Çinin xarici siyasət rəsmisi tərəfindən yekunlaşdırıldı və “Wall Street Journal”da sitat gətirildi: “Çinin hakim partiyasının üzvü Yanq, cümə axşamı cənab Blinkenə cavab olaraq bu fikri bildirdi. O, “ABŞ-ın Çinlə güc dilində danışmaq hüququ yoxdur” dedi. Həmçinin ABŞ-ı Çinə “yuxarıdan aşağı” baxmaqda günahlandırdı və barmağını cənab Blinken ilə cənab Sallivana yellədi-hədələdi”. Yəni bu barmaq yelləmək Çinin açıq-aşkar ABŞ-a yerini göstərməsidir.

ABŞ-ın əsas narahatçılığı odur ki, Çinin Tayvana özünün yerləşdiyi materikin bir hissəsi kimi baxır və daha çox düşmən ritorikası ilə göstərir. ABŞ və Tayvan arasında qarşılıqlı hərbi yardım müqavilələri var ki, razılaşmaya əsasən, tərəflərdən biri hücuma məruz qalarsa digəri onun köməyinə çatmalıdır. Çin öz növbəsində Henry Kissinger 50 il əvvəl Çinin o zamankı baş naziri Zou Enlai ilə Pekində görüşdən sonra açıqlamışdı ki, Tayvanın ÇXR ilə yenidən birləşməsindən daha vacib xarici siyasi prioriteti yoxdur. Hazırkı dövrdə də Çin Prezident Si Jinpin də açıqca bildirir ki, ölkə üçün bu əsas hədəf olaraq qalır. “Bu səbəbdən də hər şeydən əvvəl Si, ABŞ təyyarə daşıyan gəmilərini batıra bilən quru mənzilli DF-21D raketləri də daxil olmaqla Çinin quru, dəniz və hava qüvvələrinin gücləndirilməsinə üstünlük verir”, “Blomerg” yazır. Analitiklər bu fikirdədirlər ki, ABŞ Tayvanın müdafiə qabiliyyətini və silahlanmasının artırmaqla Çinin pəncərəsini bağlamaq istəyir.

Bu gedişlə görürük ki, Çinin neft tankerlərinin neftyığma strategiyası cavab kimi tam yerinə düşür. Bəzi hərbi strateqlər düşünürlər ki, bu ssenari özünü 2025-ci ildə doğruldacaq.

Əsas aydınlaşdırmalı olduğumuz məsələlərdən biri də neftin dünya miqyasında satılan əmtəə olmasıdır. Ümumiyyətlə, dünyadakı neftin daşındığı tədarük xətti bir dəfəyə tonlarla barel neft daşıya bilən nəhəng gəmilər şəbəkəsindən ibarətdir. Bu gəmilər və üzən qurğular, dəniz quldurluğu və hərbi qadağalar səbəbindən xüsusilə iştah qabardır. Son illərdə hər ikisi tərəfdə nəğd pul kütləsi artmaqdadır. İş bundadır ki, qlobal paylama şəbəkəsinin son dərəcə kövrəkdir və Yəmən kimi ölkələrdə həddindən artıq kriminal qruplaşmaların şıltaqlıqlarına məruz qalır.

Səudiyyə Ərəbistanı ilə mübarizədə İranın dəstəklədiyi husilər son zamanlarda Səudiyyə neft infrastrukturuna pilotsuz və raket hücumları başlatdılar. Patriot hava hücumundan müdafiə sistemi sayəsində hücumlar nisbətən zərərsiz ötüşdü. Yalnız eyni incə mesaj, onsuz da virus qorxuları ilə alt-üst olmuş neft bazarını daha da çalxalanmaya məruz qoydu.

Beləliklə, ilk öncə Çin İranın neft hasilatından əsas faydalanan ölkə olacaq. İran bir gündə 3.5-4.0 mm barrel neft istehsal etmək gücünə malikdir. Tehran ABŞ-da administrasiyanın dəyişməsi və Çinli ortağının müdafiə qalxanından cəsarət alaraq istehsalını artırmağa başladı. Həmçinin, sanksiyalar altında neftini satışa yollamaq, gecə limanından çıxmaq və izləmə radarlarını söndürmək məsələsində də çox sərt olduğunu göstərdi.

İkincisi məsələ budur ki, neft qıtlığı ehtimalı getdikcə artmaqdadır. Neft istehsalına investisiya qoyan ölkələr investisiyanı “yaşıl enerji”yə yönəltdiyi üçün ABŞ-da neft istehsal son bir neçə ildə digər neft istehsal edən ölkələrdəki kimi üzüaşağı trayektoriyadadır. Üsətlik Çinin ABŞ ilə gərginliyinin artması ilə Tehran və Pekinin geosiyasi ambisiyalarını əlavə etsək qığılcıma bir addım qaldığını görərik. Ehtimal ki, qığılcım yaxın gələcəkdə Tayvan olacaq.

Nəhayət, “yaşıl enerji”yə keçid gündəmdə olsa da, müharibə hələ ki, neft  və onun törəmələrinin sayəsində aparılır. Bu amil də müharibə etməyən ölkələrdə də neft səhmlərinin mütənasib olaraq yenidən qiymətləndirilməsinə səbəb olacaq. Müasir iqtisadiyyat hələ ki, neft məhsulları və törəmələri ilə işləyir və on illərlə davam edəcək.

Ülviyyə ŞÜKÜROVA