ABŞ təyyarədaşıyan gəmisi İran sahillərinə gəlir

75

ABŞ-ın “Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisi Süveyş kanalını keçərək Qırmızı dənizə daxil olub.

Axar.az xəbər verir ki, bu məlumatı Misir mediası yayıb.

Təyyarədaşıyan gəmini “Monterey” kreyseri, “Mitsçer” və “Tomas Hudner” esminisinin müşayiət etdiyini bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri isə gəminin Fars körfəzinə yollandığını açıqlayıb.

Qeyd edək ki, hazırda Fars körfəzində döyüş patrulunu Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi qrup aparır.