ABŞ Suriyada terrorçularla əlbir olub evləri ələ keçirdi

117

Hurriyyet.org xəbər verir ki, Suriyanın Haseke rayonunda YPG/PKK terrorçuları İdman Kompleksindən ABŞ qüvvələri ilə birlikdə istifadə edirlər. Amerikalılar bu ərazidə terrorçulara xüsusi təlim keçirlər. Amerikalıların göstərişi ilə YPG/PKK rayon mərkəzində 1500 nəfər mülki əhalinin evlərini ələ keçirib. Evlərini boşaltmaq istəməyənlərə atəş açılıb.

Türkiyədə dərc edilən “Yeni Şafak” nəşrinin yazdığına görə, terror təşkilatı Hasekenin cənubunda yerləşən idman komleksindən, qondarma qəragahlardan və bəzi binalardan ABŞ qüvvələri ilə birlikdə istifadə edir.

YPG/PKK terror təşkilatı Haseke rayon mərkəzindəki qondarma qərargahların yerləşdiyi İdman Kompleksindəki terror fəaliyyətini gizləmək məqsədi ilə rayonu dinc sakinlərdən təmizləyir. Bununla bağlı ABŞ qüvvələrindən təlimat alan YPG/PKK terrorçuları təhlükəsizlik məsələsi iddiası ilə mülki əhaliyə məxsus 15 binanı ələ keçiriblər. 20 il əvvəl tikilmiş beşmərtəbəli binalarda indiyə qədər 1500 nəfərə qədər dinc sakin yaşayırdı. Terrorçular evlərini tərk eləmək istəməyən və təşkilatın əmrinə müqavimət göstərən mülki vətəndaşları atəş açaraq qorxudublar.