ABŞ Rusiyanın Qarabağda uzun müddət qalacağı fikrindədir

183

Hurriyyet.org xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisi Corc Kent Amerikadakı “Türk irsi” adlı qeyri-hökumət təşkilatının təşkil elədiyi internet seminarda çıxış edərkən deyib: “Ehtimal ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı münaqişəni nizamlamağa yox, saxlamağa can atır”.

TASS informasiya agentliyinin verdiyi xəbərə görə, Kent deyib: “Rusiya sülhməramlılarının Dağlıq Qarabağda uzun müddət qalmaq niyyətinin Azərbaycan hakimiyyətində narazılığı artıracağını gözləyirəm. Gürcüstanın Xarici İşlər nazirinin müavinlərindən biri demişdi: “Bu, Gürcüstanın 1998-ci ildə olduğu vəziyyətdir. Sonra Azərbaycan Gürcüstanın 2008-ci ildə düşdüyü vəziyyətə düşəcək. Sonra isə Gürcüstanın indi olduğu vəziyyətdə olacaq”.

Amerikalı diölomat deyib: “Bu, yetərincə pessimist olsa da, Rusiyanın öz mənafeyini təmin eləmək üçün Qarabağdakı konfliktlə necə manipulyasiya etdiyinin ehtimal ki, real qiymətləndirilməsidir. Rusiya əslində problemi nizamlamaq və Ermənistan ilə Azərbaycana irəliləmək imkanı vermək istəmir”.