ABŞ Rusiyanın iştirak elədiyi G8 formatına qayıtmaq istəmir

639

Hurriyyet.org xəbər verir ki, Ağ Evin mətbuat katibi Cennifer Psaki ABŞ-ın Rusiyanı G7 sammitinə dəvət etməklə onu G8 formatına qaytarmaq niyyətində olmadığını bildirib. Ötən ilin iyul ayında o zamankı ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən ölkələrin siyahısının köhnəldiyini bildirərək, ora Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı dəvət eləməyi təklif eləmişdi.

“Röyters” agentiliyinin xəbərinə görə, Psaki deyib: “Sammit üçün Rusiyaya yeni dəvətnamə göndərəcəyimizi düşünmürəm”.  Psaki bununla bağlı qərarın yalnız formatın iştirakçısı olan digər ölkələrlə birlikdə verilə biləcəyini qeyd edib.

19 yanvar tarixində onlayn formatda G7 ölkələrinin konfransı keçib. Konfransda ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Usrula fon der Lyayen, həmçinin, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın baş nazirləri iştirak ediblər. Rusiya Prezidenti Dmitri Peskov isə Rusiyanın G20 formatının effektindən tam məmnun olduğunu və G8-i dirçəltməyə can atmadığını bildirib.