Medvedev: “Rusiya ilə ABŞ soyuq müharibə dövrünə qayıdıb”

117

Hurriyyet.org xəbər verir ki, Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev Rusiya ilə ABŞ arasındakı münasibətlərin soyuq müharibə dövründəki vəziyyətə qayıtdığını bildirib. Onun fikrincə, münaqişə dünyada “permanent qeyri-sabitliyə” apara bilər. Medvedev “RİA Novosti” saytına müsahibəsində deyib: “Son illər ərzində Rusiya ilə ABŞ faktiki olaraq rəqabətdən qarşıdurmaya keçib, mahiyyətcə soyuq müharibə dövrünə qayıdıblar. Sanksiya təzyiqləri, təhdidlər, münaqişəli cəbhələşmə, öz eqoistik maraqlarının müdafiəsi – bütün bunlar dünyanı permanent qeyri-sabitliyə aparır”.

Onun fikrincə, hazırda Rusiya keçmişdə SSRİ-nin olduğu kimi, “həmişə qarşı tərəfdəkinə təhdid səviyyəsinə görə Birləşmiş Ştatları haqlamaq vəziyyətində” olub.