ABŞ qoşunlarını çıxarmaq üçün Rusiyadan kömək istəyib?

39

Vaşinqton və NATO Əfqanıstandan qoşunlarının çıxarılmasına kömək etməsi üçün Moskvaya müraciət etməyib.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

O, ABŞ-ın Rusiya ərazisindən yüklərin yerüstü və hava tranziti vasitəsilə daşınması üçün Moskvaya müraciət etmədiyini bildirib.

Qeyd edək ki, Rusiya NATO hərbi texnikasının öz ərazisi vasitəsilə Əfqanıstana tədarükünə 2015-ci ildə qadağa qoyub.