ABŞ ordusunda “virtual reallıq” dövrü – imzalar atıldı

39

Hurriyyet.org xəbər verir ki, “Maykrosoft” şirkəti ilə ABŞ ordusu arasında 21,3 milyard dollarlıq müqavilə imzalanıb. Müqaviləyə görə, texnologiya nəhəngi “Maykrosoft” ABŞ ordusuna qarşıdakı 10 il içərisində 21,3 milyard dollarlıq “Genişləndirilmiş reallıq” texnologiyası ilə istehsal edilmiş gözlük satacaq. Razılaşma çərçivəsində “Maykrosoft”un ABŞ ordusu üçün 120 mindən artıq HoloLens gözlük istehsal edəcəyi qeyd edilib. Bu eynəklər vasitəsilə real şəraitə əlavə edilən holoqramlar görmək mümkün olacaq.

Genişləndirilmiş reallıq texnologiyasında virtual reallıq kimi mövcud olmayan reallıqdan yox, həqiqi reallıq üzərində qrafiklərin qurulmasından söhbət gedir. Bu xüsusi gözlüklərdən xüsusi proqramlar vasitəsilə istifadə edilir. Gözlüklərdən istifadə edənlər arasında Amerikanın NASA təşkilatı da var.