ABŞ Maliyyə naziri Canet Yellen: “Bitkoindən qanunsuz maliyyələşdirmədə istifadə olunur”

165

Hurriyyet.org xəbər verir ki, ABŞ Maliyyə naziri Canet Yellen bitkoin ilə bağlı xəbərdarlıq edib. “Nyu York Tayms” qəzetinin keçirdiyi tədbirdə iştriak edən Yellen məsələ ilə bağlı mühüm açıqlamalar verib. Yellen deyib: “Bu vəsaitdən çox vaxt qanunsuz maliyyələşdirmə üçün istifadə edilə biləcəyindən ehtiyat edirəm. Əməliyyatların həyata keçirilməsinin son dərəcədə qeyri-məhsuldar yoludur və bu əməliyyatların həyata keçirilməsində israf edilən enerji miqdarı insanı mat qoyur. Bu, speekulyasiyadır”.