ABŞ-ın İrandakı maraqlarını təmsil edən isveçrəli diplomat müəmmalı şəkildə ölüb

54

İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı çoxmərtəbəli binadan yıxılaraq ölüb.

APA-nın ISNA-ya istinadən verdiyi xəbərə görə, Tehran təcili yardım xidmətinin rəsmisi bildirib ki, 51 yaşlı qadın paytaxtın Kamraniyə rayonunda yerləşən çoxmərtəbəli binanın damından yıxılıb.

Təcili yardım xidmətinin nümayəndəsi isveçrəli qadının meyitinin məhkəmə-tibbi ekspertlərinə təhvil verildiyini deyib.

“Sky News Arabia” telekanalının məlumatına görə, ölən şəxs İsveçrənin Tehrandakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb. Diplomat ABŞ-ın İrandakı maraqlarının təmsil olunması ilə bağlı məsələlərdən məsul olub.