ABŞ ilə Aİ birlikdə çalışacaq! Türkiyəyə Aralıq dənizi mesajı

354

Hurriyyet.org xəbər verir ki, ABŞ və Avropa İttifaqı Şərqi Aralıq dənizində gərginliyin azaldılması istiqamətində əməkdaşlıq eləmək üçün razılaşma əldə ediblər.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib: “Şərqi Aralıq dənizi məsələsində gərginliyin daimi şəkildə azaldılması üçün Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı mənfəətə əsaslanan münasibətlərimiz əsasında (ABŞ ilə) əl-ələ verərək çalışacağıq”.

Cozef Borrell ilə ABŞ Xarici İşlər naziri Entoni Blinken Brüsseldə görüşüblər.

Görüşün ardından mətbuata açıqlama verən Borrell müzakirə edilmiş məsələlər arasında Şərqi Araqlıq dənizi məsələsinin də olduğunu bildirib. Borrell həmçinin, Çin və Rusiyadan gələn təhdidlərə qarşı ABŞ-Aİ əməkdaşlığı qurulacağını da söyləyib.