ABŞ Husiləri terrorçular siyahısından çıxardı – Bayden İrana güzəşt edir?

354

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Xarici İşlər nazidi Entoni Blinken Yəməndə fəaliyyət göstərən Husilərin xarici terror təşkilatları siyahısından çıxarıldığını bildirib. Yəməndə Husilər kimi tanınan Enserallah təşkilatı 16 fevral tarixindən etibarən terrorçu hesab edilməyəcək.

Qərarın Yəməndəki humanitar vəziyyətin son dərəcədə pisləşməsi ilə əlaqədar verildiyini bildirən Blinken deyib: “BMT-nin, humanitar təşkilatların və Konqresdəki iki partiyanın üzvlərinin onları terrorçu adlandırmağın yəmənlilərə ərzaq və yanacaq kimi təməl ehtiyacların  çatdırılmasına çox pis təsir göstərdiyi barəsindəki qeydlərini nəzərə aldıq”.

Blinken eyni zamanda Yəməndəki humanitar yardımların əngəllənməməsi üçün Husilərə qarşı belə bir addım atdıqlarını qeyd edən Blinken tərəflərin dialoqa başlamasını gözlədiklərini də əlavə edib. Blinken Husilərin liderlərindən olan Əbdül Məlik Əl Husi, Əbdül Xalid Bədrəddin Əl Husi və Abdullah Yəhya Əl Hakime qarşı sanksiyaların isə ləğv edilməsiyini nəzərə çatdırıb.

ABŞ-ın Husilərə yaxından nəzarət edəcəyini söyləyən Blinken Səudiyyə Ərəbistanına və ticarət gəmilərinə qarşı hücumların səbəbkarlarını aşkar edib onlara qarşı sanksiya tətbiq eləməyə davam edəcəklərini bildirib.  ABŞ-ın BMT və digər ortaqları ilə Yəməndəki müharibəni bitirməyə çalışacağına işarə vuran Blinken deyib: “Bu problemin hərbi həlli olmadığı mövqeyimizdə qalırıq”.

Tramp hakimiyyəti 20 yanvar tarixində vəzifəsini təhvil verməzdən qısa müddət əvvəl İranın dəstəklədiyi Husiləri terror təşkilatları siyahısına əlavə elədiyini bildirmiş , Yəməndəki humanitar böhranı daha da dərinləşdirəcəyi təhlükəsi doğurduğu üçün qərar etirazla qarşılanmışdı.