ABŞ hərbi qüvvələri Cənubi Çin dənizində təlimlər keçirdi

354

ABŞ hərbi gəmisi Çinin nəzarət etdiyi adaların yerləşdiyi Cənubi Çin dənizinin mübahisəli ərazilərində peyda olandan iki gün sonra ABŞ hava qüvvələrinə aid qrup elə bu məkanda hərbi təlim keçirib.

Təlim keçirən iki hərbi birləşmə “The Theodore Roosevelt Carrier Strike Group” və “Nimitz Carrier Strike Group” adlanır. Pekində, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vang Venbin bildirib ki, ABŞ hərbi gəmilərinin və təyyarələrinin Cənubi Çin dənizində “güc nümayişi” regional sülh və sabitlik üçün əlverişli deyil. O, “Çin milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək və Cənubi Çin dənizində sülh və sabitliyi təmin etmək üçün bölgədəki ölkələrlə işləyəcək” dedi.

Birləşmiş Ştatlar, Pekini Cənubi Çin dənizini hərbiləşdirməkdə və həmsərhəd olduğu Malayziya, Filippin, Vyetnam kimi qonşuları təhdid etməkdə günahlandırır.

Tərcümə etdi: Ülviyyə Şükürova