ABŞ hərbi bazasında İŞİD üzvlərinə təlimlər keçərək onları terror aktlarına hazırlayır

99

 

Yerli mənbələrin “SANA” xəbər agentliyinə bildirdiyinə görə, ABŞ-ın işğal birlikləri Əl-Şadadi şəhərindəki bazasından İŞİD terror təşkilatının əlli üzvünü Deyr-əz-Zorun şərq hissəsindəki çöldə yerləşən əl-Ömər neft sahəsinə köçürdü. Məqsəd Suriya ərazisində terror aktlarına hazırlıqdır.

Mənbələr xəbər verir ki, bu terrorçuların köçürülməsi onların ABŞ-ın işğalçı qüvvələri tərəfindən Əş-Şadadi bazasında təlimlər keçildikdən sonra baş tutur və məqsəd onları “Əbu Xaola” ləqəbli terrorçu Əhməd əl-Xabilin rəhbərliyi altında olan ‘Qəbilə Ordusu’ adlandırılan qrupa inteqrasiya etməkdir. Onlara təlim də bu məqsədlə keçirilir.

Son aylarda ABŞ işğalçı birlikləri onlarla İŞİD terrorçusunu Haseke həbsxanalarından çıxarırlar. Onları silahlandırırlar və yaşayış məntəqələrinə, ictimai obyektlərə qarşı terror əməliyyatları həyata keçirmək üçün maddi-texniki dəstəyi verirlər. Bu barədə Suriya saytları yazır.

Tərcümə etdi: Ülviyyə Şükürova