ABŞ dövlət katibi: “Putinin məqsədini bilmirik”

96

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər naziri Entoni Blinken gələn həftə Kiyevə səfər edəcəyini bildirib və Ukraynanı dəstəklədiklərini bir daha bəyan edib.

Blinken açıqlamasında deyib: “Cənab Putinin məqsədlərini bildiyimizi deyə bilmərəm. Onun bir çox məsələlərdə edib-etməməyi seçə biləcəyi variantlar var”.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Blinken deyib: “Hazırda Ukrayna sərhədinə toplanan hərbi qüvvə Rusiyanın Krımı işğal elədiyi 2014-cü ildəkindən daha çoxdur. Cənab Putinin məqsədini bildiyimizi deyə bilmərəm. Onun bir çox məsələlərdə edib-etməməyi seçə biləcəyi variantlar var”.

Blinken son günlərdə Rusiya hərbçilərinin geri çəkilməsi prosesini də yaxından izlədiklərini qeyd edib, ABŞ-ın Ukraynanı dəstəklədiyini söyləyib.

Rusiya aprelin 6-da ordusunu müharibəyə hazırlıq təlimlərinə başladığını bildirmiş, bunun ardından Krıma və Ukrayna ilə sərhəd rayonlara 100 min nəfərdən artıq hərbçi toplamışdı.

Rusiya MN 22 aprel tarixində ölkənin cənub və qərb bölgələrindəki təlimlərin başa çatdığını və hərbçilərin geri çəkiləcəyini bəyan etmişdi.

Gərginliyin ilk günlərindən etibarən ABŞ hökuməti Kuyevi dəstəklədiyini bildirib.