ABŞ Dövlət Departamenti Çini Covid-19-u yaratmaqda ittiham edib – Uhanda 2017-ci ildən bəri biosilah üzərində işlər gedirdi

459

ABŞ Dövlət Departamenti Çinin Uhan şəhərindəki virusologiya institutunu gizli hərbi təcrübələr keçirməkdə ittiham edib. Adı çəkilən obyekt Covid-19-un mənbəyi ola bilər. Departament Çini Covid-19 pandemyasının başlanması haqda informasiyanı ört-basdır etməkdə suçlayır. Bu barədə ABŞ xarici siyasət idarəsinin rəsmi xəbərində deyilir:

“Bil ildən çoxdur ki, Çin Kommunist partiyası Covid-19 pandemiyasının mənbəyinin araşıdırılmasını yalan və dezinformasiyaya böyük resurslar yönəldərək ört-basdır edir, təhqiqata mane olur. İki milyona yaxın insan həyatını itirib. Onların ailələrinin həqiqəti bilməyə haqqı var”,- Dövlət Departamenti bildirir.

O da bəyan edilir ki, ABŞ hökumət orqanlarına insanın SARA-CoV-1 virusuna yoluxduğu məlum deyil.

Yeri gəlmişkən, əsas şübhəli yerlərin sırasında Uxan institutu var. Beləliklə, amerikalılar iddia edirlər ki, 2019-cu ilin payızında Uxan institutunun bəzi əməkdaşlarında Covid-19-un əlamətləri müşahidə edilib. Bu, onu deməyə əsas verir ki, onlardan biri “ilk yoluxmuş xəsətə” ola bilərdi. Amma Çin bu nə jurnalistləri, nə beynəlxalq təşkilatları bu adamlara yaxın buraxmadığına görə, bunu təsdiqləmək və ya təkzib etmək mümkün deyil. DD-in məlumatlarına görə, minimum 2016-cı ildən üzübəri intstitut genomu 96,2 % SARS-CoV-1 ilə ilə üst-üstə düşən yarasaların üzərində təcrübələr aparır. ÜST hələ də çinli virusoloqların keçirdikləri təcrübələrin nəticələrindən xəbərdar deyil. ABŞ Çini həmçinin Silahlı Qüvvələr üçün gizli bioloji silahın yaradılmasında günahlandırıb. Bu təcrübələr 2017-ci ildən aparılır. Vaşinqton əmin edir ki, COVİD-19 pandemiyasının necə meydana çıxmasının açıq və şəffaf şəkildə araşdırılmasına nail olmaq niyyətindədirlər. Onlar dünyanın həqiqəti öyrənməsi üçün Çini buna dair bütün informasiyanı açıqlamağa çağırıblar.

 

Tərcümə etdi: Ülviyyə Şükürova