ABŞ-dan S-400 açıqlaması – “Ancaq dialoq yolu ilə”

360

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri ilə bağlı verdiyi açıqlamada deyib: “Bu və buna bənzər digər anlaşılmazlıq məsələləri ancaq dialoq yolu ilə həll edilə bilər”.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Blinken Brüssel görüşlərinin axırıncı günündə Euronews kanalına müsahibəsində bu sözləri söyləyib.

Blinken ABŞ ilə Avropa İttifaqı və NATO çərçivəsində müttəfiqlər arasında əməkdaşlığın inkişafı baxımından Brüsseldəki görüşlərin çox məhsuldar keçdiyini söyləyib. Blinken Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasındakı son vəziyyətdən danışarkən, son dövrdə bölgədə gərginliyin yavaş-yavaş azaldığını və iki ölkənin də təxribatlardan uzaq durduğunu  qeyd edib.