ABŞ-dan Bakıya qarşı ilk açıqlama: başladı…

138

ABŞ Azərbaycana təhlükəsizlik sahəsində yardıma yenidən baxa bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib. O, ehtiyac yaranacağı təqdirdə administrasiyanın Azərbaycanın 907-ci düzəlişin tələblərindən azad edilməsini dayandırmağa hazır olduğunu vurğulayıb.

Blinken, həmçinin Ermənistana təhlükəsizliyin dəstəklənməsi və humanitar böhranın öhdəsindən gəlinməsi üçün maliyyə yardımı göstərilməsini dəstəklədiyini bildirib.

O, ABŞ-ın Qarabağ məsələsinin “yekun həlli” niyyətində olduğunu da açıqlayıb.

Qeyd edək ki, Bayden administrasiyasının Azərbaycana münasibətdə ədalətli olmayacağı haqda bir müddət əvvəldən ehtimallar səsləndirilirdi.