ABŞ-dan açıqlama: “9 ilimiz qaldı! Süni ət yeməliyik”

672

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri videokonfransda çıxışı zamanı iqlim dəyişikliyinin ən pis nəticələrindən xilas ola bilməsi üçün dünyanın sadəcə 9 ilinin qaldığını söyləyərək xəbərdarlıq edib: “Alimlər 3 il bundan əvvəl iqlim böhranının ən ağır nəticələrindən yayınmaq üçün 12 ilimiz olduğunu söyləmişdi. 3 il keçdi və indi cəmi 9 ilimiz qalıb”.

ABŞ bu gün keçmiş dövlət başçısı Donald Trampın imtina elədiyi Paris İqlim Müqaviləsinə yenidən qoşulub. BMT-nin Baş katibi Antonio Quterres ilə birgə açıqlama verən Kerri iqlim böhranı ilə mübarizə üçün “sərt” tədbirlər görmək lazım gəldiyini söyləyib.

Ağac əkilməsinin 5 qat, yenilənə bilən enerjiye keçidin 6 qat və elektromobillərə keçidin 22 qat sürətlənməsinin lazım olduğunu bildirən Kerri Çin, Rusiya, Hindistan və Yaponiya daxil olmaqla, dünyanı ən çox çirkləndirən 17 ölkəyə atmosferə karbon qazının atılmasını azaltmağı sürətləndirməyə çağırıb.

BMT Baş karibi Antonio Quterres isə yaşıl iqtisadiyyatın əhali arasında məşğulluğu artıracağını və bu vəziyyətdən gənclərin daha çox faydalanacağını bildiirb.

Atmosferə karbon atılmasının azaldılması üçün ərzaq sektorunda süni ət istehsalının artırılası nəzərdə tutulur.

Dünya ənənəvi kənd təsərrüfatından sənayeləşmiş kənd təsərrüfatına keçdikdən bəri əvvəlcə qidaların, ardından insanın genetikasını dəyişdirənlər indi də “ekoloji tarazlıq” adı altında bəşəriyyətə “süni ət” təklif edirlər. Dünya mətbuatının bəşəriyyəti qlobal böhran içərisində saxlayan yeni tipli koronavirus epidemiyasının arxasında duran şəxs adlandırdığı Bill Qeyts süni ət məsələsini “qidanın gələcəyi” adlandırıb.