ABŞ-da silahlı insident olub – Ölən və yaralananlar var

81

ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.