ABŞ-da qoşahakimiyyətlilik? Rəsmi ənənə pozulur?

27

Hurriyyet.org xəbər verir ki, Ağ Evin rəsmi saytında “Bayden-Harris hakimiyyəti” ifadəsi işlədilib.

Ağ Evin saytında əvvəlki prezidentilərin dövründən fərqli olaraq, prezident vəzifəsində bir nəfərin adının qeyd edilməsi əvəzinə “Bayden-Harris iqtidarı” ifadəsi yazılıb.

Ağ Evin rəsmi “Tvitter” səhifəsində də eyni vəziyyət müşahidə olunur. Səhifənin məlumat qismindəWelcome Biden-Harris White House” – “Bayden-Harris Ağ Evinə xoş gəlmisiniz” ifadəsi yazılıb.

Vitse-prezident Kamala Harrisin gələcəkdə ABŞ Prezident kürsüsünün əsas varisi olduğu müzakirə olunur. ABŞ-da peyvənd kampaniyasında 100 milyon dozaya çatmaq uğurunu qeyd edən zaman Cozef Bayden Ağ Evdə xalqa müraciət elədiyi çıxışında Harrisi “Prezident” adlandırmışdı.

ABŞ-ın keçmiş Prezidenti D.Tramp Baydeni tez-tez zehni gerilikdə ittiham etmiş, Baydenin Harrisi “seçilmiş prezident” adlandırmasından sonra demokratların Baydeni Harris ilə dəyişdirmək üçün qanunda dəyişiklik edəcəklərini iddia eləmişdi.

Baydenin özünün təyin elədiyi müdafiə nazirinin adını unutması, təyyarə pilləkənindən yıxılması onun səhhəti ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub.

ABŞ qanunlarına görə, Prezidentin başına bir iş gəldiyi, yaxud da səhhətinin ağırlaşdığı hallarda onun vəzifəsini vitse-prezident icra etməlidir.