ABŞ-da beş günlük MATƏM ELAN OLUNUB

273

ABŞ Prezidenti Co Bayden koronavirusdan ölən 500 min ölkə vətəndaşının xatirəsinə matəm elan edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu dövlət başçısının mətbuat katibi Cen Psaki brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə bayraqları beş gün ərzində endirilmiş vəziyyətdə olacaq. \\APA