Çin qonşularını, o cümlədən Hindistanı təhdidə cəhd edir.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib. O, ABŞ-ın bölgədəki situasiyanı izlədiyini və Hindistanla Çin arasında danışıqların davam etdiyindən xəbərdar olduğunu bildirib.
Prays Pekinin öz qonşunlarını təhdid etmək cəhdlərinin davam etməsindən narahat olduğunu deyib.
O, ABŞ-ın bundan sonra da Hind və Sakit okean regionunda təhlükəsizlik üçün öz dostlarını dəstəkləyəcəyini vurğulayıb.