ABŞ bu təyyarələrini “hissələrə parçalayır”

72

ABŞ Açıq Səma razılaşmasının şərtlərinə uyğun olaraq Rusiya üzərində müşahidə uçuşları həyata keçirmək üçün istifadə etdiyi OC-135B təyyarələrini silahlanmasından çıxaracaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” yayıb. Təyyarələrin hissələrə parçalanacağı vurğulanıb.

Qəzet bu qərarın ABŞ-ın yeni administrasiyasının razılaşmaya yenidən dönmək istəyinin qeyri-müəyyən olmasından xəbər verdiyini bildirib.

Qeyd edək ki, ABŞ-ı Açıq Səma razılaşmasından ötən il 22 noyabrda eks-prezident Donald Tramp çıxarmışdı.