ABŞ bu ölkə ilə ticarət əlaqələrini DAYANDIRDI

24

Myanmada xalq tərəfindən seçilmiş hökumət geri qayıdana qədər bu ölkə ilə bütün ticarət əlaqələrini dayandırırıq.

Bu sözləri ABŞ Ticarət Nümayəndəsi Katerina Tay deyib.

ABŞ-ın mülki şəxslərə qarşı şiddəti qəti şəkildə qınadığını qeyd edən Tay bu hərəkətlərin ölkənin demokratiyaya keçməsinə və Myanma xalqının dinc və firavan bir gələcəyə nail olmaq səylərinə birbaşa hücum olduğunu söyləyib.

Qeyd edək ki, Myanmada hərbi çevriliş və həbslərə qarşı keçirilən etiraz aksiyaları zamanı 459 nəfər ölüb. \\Axar