ABŞ BMT-dən bu tələbini geri çəkdi

120

ABŞ BMT Təhlükəsizlik Şurasından İrana münasibətdə sanksiyalarını bərpa edilməsi tələbini geri çəkib.

Axar.az xəbər verir ki, bu məlumat ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Riçard Milsin Təhlükəsizlik Şurasına göndərdiyi məktubda yer alıb.

“Ölkəmin hökuməti adından Təhlükəsizlik Şurasını məlumatlandırmaq istəyirəm ki, ABŞ BMT Təhlükəsizlik Şurasına 20 avqust 2020, 21 avqust 2020 və 21 sentyabr 2020-ci ildə göndərdiyi məktubları geri çəkir”, – deyə o bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların bərpa edilməsi üçün Tramp administrasiyası müraciət etmişdi.