ABŞ admiralı: Rusiya və Çinin qabağına nə ilə çıxacağıq?

48

Rusiya və Çin ABŞ-ı strateji silahlanma sahəsində ciddi şəkildə qabaqlayır.

Axar.az xəbər verir ki, bunu ABŞ Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard Senatın Silahlı Qüvvələrlə İş üzrə Komitəsində çıxışı zamanı deyib. O, Moskva və Pekini soyuq müharibənin qalığı Minuteman III ballistik raketləri ilə saxlamağın artıq mümkün olmayacağını bildirib:

“Bu silahlar 70-ci illərindir. Biz 2020-2030-cu illərin təhdidlərini neytrallaşdırmaq üçün onlara necə ümid edə bilərik? Bu raketlərin artıq əksər mexanizm və detalları hazırlanmır. Heç kim onları necə etmək lazım olduğunu bilmir. Onlar yaşlanıblar, şirkətlərə buna əmək sərf etmək yaramır. Bizə hədəfə çatacaq effektiv silah sistemləri lazımdır”.